Paylaş

Azərbaycan ucuz siqaret istehsalına başlayacaq.

Kishi.az xəbər verir ki, bu haqda fikirlərini GSR.fm-lə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bölüşüb. O bildirib ki, ucuz siqaretlər insan sağlamlığına ziyandır:

“Birmənalı şəkildə, iqtisadiyyata xeyir verib, verməməsinə baxmayaraq, mən onun əleyhinəyəm. Uzun müddət Azad İstehsalçılar Birliyi bununla bağlı mübarizə aparıb və ucuz, filtirsiz siqaretlərin istehsalının qadağasına nail olub. Sovet vaxtından bəri, həmçinin, müstəqillik dövründə də yeddi fabrik filtirsiz siqaretlər istehsal edirdi. Biz həmin siqaretləri Londonda ekspertizadan keçirtdik və məlum oldu ki, ciddi ağciyər xəstəlikləri əmələ gətirir. Çox çətinliklə yeddi fabrikin bağlanmasına nail olduq. Artıq ucuz və keyfiyyətsiz siqaret istehsalının qarşısı alınıb. Əhalini siqaret çəkməkdən uzaqlaşdırmaq lazımdır. Ucuz siqaret istehsalı əhalinin sağlamlığına ziyandır.”

Eyyub bəy eyni zamanda siqaretlərin tək-tək satışı barədə də danışıb.

Siqaretin satışı stimullaşdırılacaq, plantasiyalar olacaq. Bu isə insanların sağlamlığına ciddi mənfi təsir göstərəcək. Azərbaycanda marketlərə girəndə insanı birinci siqaretlər və siqaret reklamları qarşılayır. Biz iş aparırıq ki, həmin siqaret stendləri yığışdırılsın. Heç olmasa, Rusiyadakı kimi üstüörtülü olsun. Baxmayaraq ki, Azəərbaycan Ümumdünya Səhiyyə Təşkilatının “Tütün əleyhinə çərçivə” konvensiyasına qoşulub, “Tütün və Tütün məmulatları haqqında” qanun qəbul olunub, lakin siqaretin tək-tək və tədris müəssisələrinin yaxınlığında satışı davam edir.