Paylaş

Məşhur yazıçı, filosof, semiotik-alim Umberto Eko vəfat edib. 84 yaşlı yazıçı öz evində dünyasını dəyişib.

Umberto Eko 1932-ci ildə İtaliyada anadan olub. Ədəbiyyat aləmində “Gülün adı” və “Fukonun kəfkiri” romanları ilə tanınan yazıçı həm də Orta Əsrlər estetikası və semiotika üzrə mütəxəssisdir.

Eko 1971-ci ildən Bolonya Universitetində işləyib. Tarixçi, filosof, Orta Əsrlər üzrə mütəxəssis olan Eko Ceyms Coys haqqında araşdırmalar müəllifidir.

Yazıçının ilk romanı “Gülün adı” 1980-cı ildə çap olunub.

U.Eko fransız Fəxri Legion Ordeninin kavaleri və bir çox mükafatların sahibi olub.

Kulis.az