Paylaş

Əziz oxucu, indi səhhətinlə əlaqədar səni maraqlandıran bütün suallara həkimə getmədən cavab tapa bilərsən. Bunun üçün sağlamlığınla bağlı səni narahat edən bütün sualları bizə ünvanlamağın kifayətdir. Suallarınız “Sağlam Ailə” tibb mərkəzinin peşəkar həkimləri tərəfindən cavablandırılır.
İndi sizə keçən həftə nervpatoloqa ünvanladığınız sualların cavabını təqdim edirik.

1. Oxucu sualı: Salam, həkim. Mən bir az əsəbiləşən, həyəcanlanan kimi ürəyim bərk döyünməyə başlayır. Nəfəs ala bilmirəm,özümdən gedirəm. Həkimə getdim, dedi boğazında ət ola bilər. Bəlkə onunçun belə olur, amma müayinədən keçdim boğazımda ət yoxdur. Bəs bunun səbəbi nədir sizcə?

1. Həkim cavabı: Bu cür simptomlar əsasən orqanizmin psixoemosional gərginlyə müdafiə reaksiyasıdı. Hər bir insan özünəməxsus temperamentə və müəyyən sinir sistem formasına malikdir.
Simptomlardan narahatçılığa gətirən əsas bayılmadı. Bayılmanın hansı şəkildə baş tutmasıda vacibdir. Bayılma (özündən getmə) beyin qan dövranının qısamüddətli pozulması və oksigen çatışmazlığı nəticəsində yaranır. Bayılmanın növləri aşağıdakılardır:
• neyrogen bayılma
• kardiogen bayılma
• damar disfunksiyası
• hipoksiya, anemiya
• zəhərlənmə
• psixoloji amil (nevroz)
• digər xəstəliklər
Səbəbini araşdırmaq üçün EKQ, EEQ məsləhət görülür və mütləq şəkildə həkim-nevropatoloq, ehtiyac olsa kardioloq müayinəsi.

2.Oxucu sualı: Salam həkim, qızımın 1 yaşı var. Hələ 4-5 aylıq olardı. Bir dəfə davamlı ağladı, təxminən bir saat olar. Qorxub həkimə apardıq. Həkim dedi ki, uşaq nevrozdu. Müalicə filan yazdı. İndi dərmanlarını bir az azaldan kimi usaq sudurğa tutur, huşu gedir. Bunun səbəbi, birdəfəlik müalicəsi yoxdurmu?

2. Həkim cavabı: Uşaqlarda qıcolmaya səbəb olan bir neçə amil var: infeksion xəstəliklər, intoksikasya, metabolik disfunksiya (kalsiy çatışmazlığı), hipoksiya, irsi faktor, sinir sisteminin xəstəlkləri və s.
İlk öncə EEQ məsləhət görülür və həkim-nevropatoloq müayinəsi. Səbəbini bilmədən müalicə təyin etmək mümkün deyil.

3. Oxucu sualı: Salam həkim, mənim 24 yaşım var evliyəm. Uzun müddət nevrozdan müalicə olunmuşam, hələ də dərmanlar atıram buna qarşı. İndi isə 2 aylıq hamiləyəm. Qorxuram ki, bu uşağa da keçər, ya da onun sağlamlığına nəsə mənfi təsiri olar. Nə fikirləşirsiniz? Sizcə, mən indi nə etməliyəm?

3. Həkim cavabı: Hamiləlik vaxtı dərman qəbulu məsləhət görülmür. Uşağın inkşafına təsir edə bilən əks göstəriciləri mütləq həkim-ginekoloqla müsahibə edin.
Gələcəkdə övladınızın nevroz olub olmamasına tam əminliklə cavab vermək olmaz, çünki bu həm Sizin, həm də yoldaşınızın irsiyyətindən asılı olan bir amildir.

4. Oxucu sualı: Salam, həkim. Mən uşaqlıqda nevrozdan müalicə olunmuşam. İndi 21 yaşım var, artıq müalicəni çoxdan dayandırmışam. Amma 2-3 ay olar ki, əllərim əsməyə başlayıb. Heç əsəbiləşmədiyim, həyəcanlanmadığım vaxtlarda belə.

4. Həkim cavabı: Əllərdə əsməyə endokinolojı patologiya, bəzi dərman preparatları, spirtli içki qəbulu, psixoemosional mühit və yaxud essensiyal tremor səbəb ola bilər. İlk öncə həkim-endokrinoloq (endokrnoloji disfunksiyanı inkar etmək üçün) və nevropatoloq müayinəsi məsləhət görülür.

Qeyd: Əgər siz suallarınızın cavabını birbaşa olaraq “Sağlam ailə” tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.