Paylaş

Əziz oxucular, “Sağlam Həyat” klinikasının həkimlərisizin sağlamlıqla bağlı suallarınızı cavablandırır. 10-16 Yanvar aralığnda bizə ünvanlanan sualların cavabı ilə aşağıda tanış ola bilərsiniz. 

Oxucu sualı: Mən bəzən yemək yeməsəm, acmıram. Heç aclıq hiss etmirəm, mədəmdə isə qıcqırmalar olur. Bu nədən  ola bilər?

Həkim cavabı: Ola bilsin ki, sizdə helicobacter pylori bakteriyası var. Bu bakteriya mədənin və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında spiralşəkilli bakteriyadır. Sizə mədə-bağırsaq və öd müayinəsindən keçməyi məsləhət görürük.

Oxucu sualı: Mən ayaqyoluna istəsəm də, gedə bilmirəm. Artıq 1 həftədir bu vəziyyət davam edir. Üzümdə səpkilər  də get-gedə çoxalmağa başladı. Mənə nə məsləhət görürsününüz?

Həkim cavabı: Müayinə olunmadan konkret bir səbəb açıqlamaq mümkün deyil. Ancaq böyük ehtimal mədə-bağırsaq sistemində problemlər var. Mədə-bağırsaq sisteminin yaxşı işləməsi üçün sizə hidrokolonoterapiya prosedurundan  keçməyi tövsiyə edirik. Bu terapiya zaman su vasitəsilə sizin mədə-bağırsaq sisteminiz təmizlənir.

Oxucu sualı: Mənim  gecələr mədəmdə sancılar olur. Səhərlər də mədə  bulantıları olur. Bunun səbəbi nədir?

Həkim cavabı: Mədədə sancılar qurd xəstəliyindən xəbər verə bilər. Qurd müayinəsindən keçmək tövsiyə olunur.

Oxucu sualı: Mən nə qədər ziyanlı qidalardan uzaq dursam da, qarnım getdikcə böyüyür. Bu hansısa ciddi xəstəliyin əlaməti ola bilərmi?

Həkim cavabı: Sağlam qidalanmaya üstünlük verin. Eyni zamanda idmanla məşğul olun. Əgər bu da kömək etməsə, həkim müayinəsi məsləhətlidir.

Oxucu sualı: Disbakteriozun yaranma səbəbi nədir?

Həkim cavabı: Disbakterioz zamanı bağırsaqda qida maddələrinin kifayət dərəcədə parçalanması və mənimsənilməsi normal şəkildə gedə bilmir. Bu zaman kifayət qədər həzm olunmayan qida kütlələri bağırsaqda çürüməyə başlayır ki, bunun da nəticəsində xeyli miqdarda toksinlər və zəhərli maddələr əmələ gəlir. Bağırsaq divarından qana sorulan bu toksinlər və zəhərlər qan dövranı ilə bütün orqanizmə yayılır. Tədricən orqanizmin xroniki intoksikasiyası (zəhərlənmə) baş verir, maddələr mübadiləsi pozulur, bir çox orqan və sistemlərin iltihabi xəstəlikləri inkişaf edir. Allergiya, ekzema, bronxial astma, yoğun bağırsağın xərçəngi və digər təhlükəli və ağır xəstəliklərin əsas səbəblərindən biri də bağırsaq disbakteriozudur.

Oxucu sualı: Mən 2 ildir qəbizlik problemindən əziyyət çəkirəm. Hamiləlikdən sonra daha da artıb. Buna səbəb nədir? Aradan qaldırmaq  üçün nə edə bilərəm?  Ümumiyyətlə,  qəbzlik xəstəlikmidir?

Həkim cavabı: Qəbzlik xəstəlik deyil, simptomdur. Amma hər hansı ciddi bir xəstəliyin nəticəsi də ola bilər. Hamiləlik dövründə qəbzliyin olması normaldır. Ancaq sonradan qaydasına düşməlidir. Əgər düşmürsə, müyinə olunmağınız məsləhətdir.

Oxucu sualı: Ailəliyəm. 2 övladım var. Ailə qurmadan öncə də tez-tez səhər mədəmdə ağrılar olurdu. Övlad dünyaya gətirdikdən sonra daha çox ağrımağa başladı. Buna səbəb nədir? Bir müalicəsi varmı?

Həkim cavabı: Mütləq müayinə olunmalısınız. Çünki bu mədə yarasından xəbər verə bilər. Əlbəttə, müalicəsi var.

Oxucu sualı: Mən pəhiz saxlasam da, arıqlaya bilmirəm. Əksinə kökəlməyə doğru gedirəm. Buna səbəb nədir?

Həkim cavabı: Siz dəqiq bilməlisiniz ki, nədən kökəlirsiniz. Onu bilməyənə qədər heç bir pəhriz sizə kömək etmiyəcək.

Oxucu sualı: Səhərlər yemək yeyə bilmirəm.Yediyimi isə qaytarıram. Bunun səbəbini deyə bilərsiniz?

Həkim cavabı: Bunun üçün mütləq mədə-bağırsaq və öd müayinəsindən keçməyiniz vacibdir.

Oxucu sualı: Hidrokolonoterapiya necə bir prosedurdur? Effektləri nələrdir?

Həkim cavabı: Çox effektiv bir prosedurdur. Bağırsaqlar toksinlərdən tənzimlənir. Artıq çəkidən azad olunur, qan dövranı yaxşılaşır, dərinin rəngi açılır.

Oxucu sualı: Hidrokolonoterapiyanın kosmetik effektləri varmı? Dəri qırışlarının hamarlaşmasına kömək edir?

Həkim cavabı: Hidrokolonoterapiya yalnız dərinin rəngini açır. Qırışları başqa manipulyasiyalarla açmaq mümkündür.

Oxucu sualı: Mənim kürəyimdə ağrılar olur. Yeməkdən sonra ağzım sulanır. Bu nə ilə əlaqələndirirsiniz?

Həkim cavabı: Kürəkdə ağrıların səbəbi stress, çox uzun müddət oturmaq, ağır çanta daşımaq və s ola bilər. Tez-tez idman edin. Ağız sulanmasının səbəbini öyrənmək üçün mədəaltı vəzi, öd və qaraciyər müayinəsindən keçməyi tövsiyə edirik.

Oxucu sualı: Üzümdə vaxtrışı səpkilər yaranır. Bunun mədə-bağırsaq sistemi ilə bir əlaqəsi varmı?

Həkim cavabı: Üzdəki səpkilərin mədə-bağırsaq ilə birbaşa əlaqəsi var. Həkim müayinəsindən keçmək məsləhətlidir.

Oxucu sualı: Xroniki qəbizliyin çarəsi var?

Həkim cavabı: Xroniki qəbizliyin bir müalicəsi olub-olmadığını ancaq müayinədən sonra demək mümkündür.