Paylaş

Yaz- yay aylarında insanları maraqlandıran mövzulardan biri də, hansı saç formalarının dəbdə olmasıdır. Biz də qadınları düşünərək onlar üçün stilist Samiraldodan bu mövsüm trend olacaq saç düzümlərini soruşduq. Stilist bildirib ki, indi saçlarda qabarıq şəkildə ombrelər üstünlük təşkil edəcək:

“Bu mövsüm uzun və dalğalı saçlar aktual olacaq. İstər saçlar,  istərsə də dodaqlarda olsun, ombrelər daha çox üstünlük təşkil edəcək. Əvvələr əgər ombreləri kölgə şəklində edirdilərsə, indi daha çox qabarıq şəkildə olanlar dəbdə olacaq. Məsələn, çəhrayı, göy, narıncı, bənövşəyi rəngində rəngbərəng açıq rəngli ombrelər dəbdə olacaq. Düzdür, mən hələ də bu fikirlə razılaşa bilmirəm, amma mənə elə gəlir ki, bizim xanımlar da bundan geniş şəkildə istifadə edəcəklər. Bu çox aktual olacaq, çünki bunu artıq başqa ölkələrdə, əsasən də Avropa ölkələrində görürük, yəqin ki, bu Azərbaycanda belə olcaq.”

GSR.fm