Paylaş

Keçən həftə ərzində bizə ünvanlanan oxucu sualları və bu suallara “Sağlam Ailə” tibb mərkəzinin mütəxəssislərin cavabı ilə tanış ola bilərsiniz. Sizin də səhhətinizlə bağlı hansısa şikayətiniz, sualınız varsa, bizə ünvanlayın həkimlərimiz cavablandırsın.

1. Oxucu sualı: Salam həkim, qızım 1 yaş 5 aylıqdı. Hava bir az soyuyan kimi onda çiddətli öskürək yaranır. Bununla bağlı həkimə müraciət etmişdik. Həkim soyuqdəymə olduğunu dedi, müalicə kursu yazdı, amma mənim fikrimcə, bu təkcə soyuqdan olmur. Çünki bacardığım qədər soyuqdan qoruyuram onu, amma yenə də öskürəkləri kəsilmir. Xüsusən payız, qış aylarında. Bunun səbəbi başqa nə ola bilər?

1. Həkim cavabı: Öskürək – tənəffüs yollarını hansısa bir qıcıqlandırıcı amildən təmizləmək üçün yaranan qoruyucu mexanizmdir. Bu simptom bir çox səbəbdən yarana bilər: bakterial, virus mənşəli xəstəliklər, allergiya, yuxarı və aşağı tənəffüs yollarının xəstəlkləri və s. Lakin, Sizin qeyd etdiyiniz şikayətlərə daha çox allergik mənşəli öskürək uyğun ola bilər. Bəzi hallarda hava şəraitinin dəyişməsinə, soyuqa qarşıda yarana bilər. Əsasən quru öskürəyə rast gəlinir. Amma diaqnozu dəqiqləşdırmək üçün bir neçə müayinələrdən keçmək lazımdır: QÜA, İgE və s. Mütləq şəkildə həkim-pediatr və yaxud allerqoloq baxışı məsləhətlidir.

2. Oxucu sualı: Salam, həkim övladım 4 aylıqdı. Onda nə işığa, nə də qaranlığa aid hansısa reaksiya görmürəm. Adi halda uşaqlar işıq sönəndə ağlayır, ya rəngarəng işıqlı oyuncaqları görəndə təccüblənirlər. Amma mənim oğlumda bunu hiss etmirəm. Hətta bir dəfə yoxlamaq üçün özüm gözünə uzaqdan lazer tutdum ki, reaksiyası nə olacaq. Heç bir reaksiya vermədi. Buna görə narahatam.Səbəbi nə ola bilər?

2. Həkim cavabı: İlk öncə qeyd etmək istərdim ki, ev şəraitində aparılan testin nəticəsinə əsaslanmaq lazım deyil. Bunun üçün xəstəxana şəratində həkim-oftalmoloq və yaxud pediatr tərəfindən xüsusi sınaqlar aparılmalıdır. Bu yaşda uşaqların göz analizatorun requlyasiyası hələ formalaşmayıb. Lakin, işıq qıcıqlandırıcısına reaksiya ilk həftələrdən yaranır. Bəzən, Sizin diqqətinizdən qaçan işıq reaksiyasını yalnız mütəxəssis hiss edə bilər. Ümumiyyətlə, yenidoğulmuş uşaqlarda birinci il ərzində ən azı üç dəfə okulist baxışı keçirilməlidir. Narahatçılığın səbəbini aradan qaldırmaq üçün mütləq həkim baxışına ehtiyac var.

3. Oxucu sualı: Qızım 5 aylıqdı. Otaq şəraitini nə qədər normal olsa, paltarı nə qədər incə olsa da, iki aydır ki, çox tez-tez tərləyir. Hətta gecələr, yatdığı vaxtbelə neçə də paltarını dəyişməyə məcbur oluram. Bu hansısa xəstəliyin nəticəsi ola bilərmi?

3. Həkim cavabı: Uşaqlarda çox tərləmənin (“hiperhidroz”) bir neçə səbəbi ola bilər: fərdi xüsusiyyət, vegetativ disfunksya, irsiyyət, bəzi infeksion xəstəliklər və soyuqdəymə, vitamin D çatışmazlığı ( raxitin ilkin simptomları) və s. Daha dəqiq diaqnozun qoyulması, vaxtında düzgün müalicə taktikasının seçilməsi üçün ilk öncə həkim-pediatra müraciyyət etmək lazımdır.

4. Oxucu sualı: Qızımın 10 yaşı var. Artıq bir ildir ki, baş ağrılarından şikayətlənir. Müayinəyə apardım. Həkim dedi qan azlığındandır, müalicə olundu 6 ay. Yenidən müayinə olunanada həkim dedi ki, artıq qanı normaldı, amma yenə də baş ağrıları dayanmadı. Bunun başqa nə isə səbəbi ola bilər?

4. Həkim cavabı: Baş ağrısı böyüklərdə olduğu kim uşaqlardada tez-tez rast gəlinən bir şikayətdir. Bu ağrı səbəbləri arasında başda gələn miqreni qeyd etmək olar, hansı ki uşaqların 3-10 % müşahidə olunur. Qız uşaqlarında, yetkinlik çağı ilə əlaqədər iki qat çox rast gəlinir. Bəzi hallarda düzgün qurulmamış gün və yuxu rejımi, artıq informasiya, göz zəifliyi, infeksiya və s. kimi amillərdə səbəb ola bilər. Lakin, dəqiq səbəbini araşdırmaq üçün həkim-nevropatoloq və yaxud pediatr tərəfindən müayinə olunmaq lazımdır.

5. Oxucu sualı: Həkim, oğlumun 3 yaşı var. Yaxın 2-3 həftə olar görmüşəm ki, bədənində əsasən axşamlar balaca qırmızı sızanağa bənzər ləkələr olur. Əvvəl elə bildim qızılca keçirir, amma səhərlər bu izlər çəkilməyə bağladı. Bu artıq nə qədər vaxtdır ki, belədir. Səbəbi hansısa allergiya ola bilər, ya başqa nəsə?

5. Həkim cavabı: Ümummiyətlə, dəri səpgilərinin səbəbi müxtəlif ola bilər. Dermatoloji xəstəliklər, allergiya, qurd invaziyaları, nevroloji, birləşdirici toxumanın sistemi xəstəlikləri və s. kimi səbəblərdən yarana bilər. Həkim-pediatr və yaxud dermatoloq müayinəsi məsləhətlidir.

Qeyd: Əgər Siz suallarınızın cavabını birbaşa olaraq “Sağlam Ailə” tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.