Paylaş

Çinli gənc uzun müddətdir birlikdə olduğu sevgilisinə evlilik təklifi etmək qərarına gəlib. Bunun üçün maraqlı sürpriz hazırlayan gənc sonda təsəvvür edə bilməyəcəyi halla üzləşib. Təklifdə öncə rəqqas və rəqqasələrin iştirakı

Çinin Çenqdu şəhərində yaşayan bir gənc uzun müddətdir tanış olduğu qızla evlənməyə qərar verib. Bu niyyətini sevgilisinə bəlli etmək üçün sürpriz evlilik təklifi hazırlayan gənc, xeyli sayda rəqqas və rəqqasə ilə danışıb. Onun üçün təşkil olunan fleş-mobu görəndə, qız doğrudan da təəccüblənib.

Daha sonra sevgilisi qızın qarşısında diz çöküb və brilyant qaşlı üzüyü ona uzadıb. Ancaq elə bu vaxt, hər şey fiaskoya uğrayıb. Üzüyün daşının balaca olduğunu deyən sevgilisi, gəncin min bir zəhmətlə başa gələn evlilik təklifinə rədd cavabı verib.

Arzusu ürəyində qalan gəncin yaşadığı şok həvəskar kameradan bu cür lentə alınıb. Çinli qızın üzük daşına görə evlilik təklifinə yox deməsi onu sosial mediada tənqid həfədinə çevirib.