Paylaş

54 yaşlı aktyor Jan Klod Van Damm boşanmayacağını bəyan edib.
Mart ayında onun arvadı Qledis Portuqez açıqlamasında boşanacaqlarını bildirmişdi. Ancaq Van Damm bu yaxınlarda verdiyi müsahibədə deyib ki, indi onun arvadı ilə münasibəti həmişə olduğundan daha möhkəmdir. “Biz ailəmizi qoruyub saxlaya bildik. Buna görə də boşanmayacağıq, Boşanmaq məsələsi çox çətindir, xüsusilə də uşaqlar üçün. Bu gün dünyada o qədər boşanma və ayrılıqlar var ki, biz Qledislə bu siyahını daha da artırmamaq qərarına gəldik”-deyə Van Damm bildirib.
Mart ayında Van Dammın arvadı Los Anceles məhkəməsinə boşanma ərizəsini təqdim edib. Həmin ərizədə Qledis əri ilə arasında olan anlaşılmazlıq səbəbindən boşanmaq istədiyini qeyd edib.
Van Damm və Portuqezin iki övladı var. Cütlük 5 illik evlilik həyatından sonra 1992-ci ildə rəsmi olaraq boşanıblar. Ancaq 1999-cu ildə yenidən evləniblər.