Paylaş

Hollandiya millisinin və “Mançester Yunayted”in keçmiş qapıçısı Edvin van der Sar 45 yaşında futbola qayıtmağa hazırlaşır.

O, ölkəsinin həvəskarlar liqa təmsilçisi, yeniyetməlik illərində çıxış etdiyi “Nordveyk”də oynayacaq.

Bu barədə klubun nümayəndəsi Piter Vink məlumat verib. O deyib ki, Ervin van der Sar böyük ehtimalla bir oyun komandaya kömək edəcək.

Qeyd edək ki, Edvin van der Sar 2011-ci ildə Çempionlar Liqasının finalında “Barselona”ya uduzduqları oyundan sonra futbolçu karyerasını başa vurub.

Qol.az