Paylaş

Bəzən kişilər yataqda özlərini qarşı tərəfə daha yaxşı nümayiş etdirmək üçün cinsi istəyi artıran müxtəlif dərmanlardan istifadə edirlər. Bu dərmanlar içərisində ən məşhuru “Viaqra”dır. Amma, bilməlisiniz ki, bunun sizə xeyri olduğu kimi bəzi ziyanları da var. Belə ki, son araşdırmalara görə “Viaqra” həyati təhlükə yaradacaq dəri xərçənginin yaranmasına səbəb ola bilər.
“JAMA İnternational Medicine”da yayımlanan məqaləyə görə, Viaqra dərmanı xərçəngin ən təhlükəli növlərindən hesab edilən Melanoma xərçənginin yaranmasına səbəb ola bilər.
Bu nəticəyə gəlmək üçün araşdırmaçılar “Viaqra”dan istifadə edən 2500 kişini izləyiblər. Nəticədə isə digər kişilərlə müqayisədə bu dərmandan istifadə edən kişilərdə Melanoma xərçənginin yaranma ehtimalı 84% daha yüksək olur.
Araşdırmaçı Dr. Wen-Qingin sözlərinə görə, bu adı çəkilən dərmanın səbəb ola biləcəyi yeganə xəstəlik deyil, onun hansı fəsadlarının olub-olmadığını bilmək üçün bu dərmanın tərkibi ətraflı araşdırılmalıdır.