Paylaş

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə qatılmaqdan imtina edib. Kishi.az  xəbər verir ki, bu barədə idman şərhçisi Rövşən Binnətli GSR.fm-ə müsahibə verib. O bildirib ki, bu, kişi voleybolunda birinci belə hal deyil:

“Son zamanlar “voleybol” deyildikdə, əsasən, qadın voleybolu yada düşür. Bu, o demək deyil ki, kişi voleybolu yoxdur. Sadəcə olaraq, qadın voleybolu ilə müqayisədə sanki yox kimidir. Ölkə çempionatı yarışları demək olar ki, yox səviyyəsindədir. Yalnız yığma komanda şəklində kişilərdən ibarət yığma komandamız mövcud idi. Ancaq son vaxtlar voleybolda maddi vəziyyətlə əlaqədar durğunluq yaranıb. Əgər bu qadın voleyboluna təsir göstəribsə, qadınlardan ibarət komandamız klub turnirində iştirakdan imtina edirsə, təbii ki, kişi voleybolunda da bu öz təzahürünü göstərməli idi. Sadəcə narahatlıq törədən məqam odur ki, qadınlardan ibarət komandamız klub turnirində iştirakdan imtina edibsə, burada söhbət milli komandadan gedir, hər halda milli komandanın və Avropa çempionatının nüfuzunu nəzərə alsaq, təbii ki, ölkə idmanı adına xoşagələn hal deyil. Ancaq bu tək Azərbaycanda olan məsələ deyil. Belə hallara digər ölkələrin də komandalarında rast gəlirik. Ümid edək ki, bu ötəri xarakter daşıyacaq”.