Paylaş

Whatsapp ani mesajlaşma xidməti video görüntülü danışıqlar tətbiqetməsini istifadəyə verməyə hazırlaşır.

Kishi.az-ın texnologiya mütəxəssisi Şaiq Muradov GSR.fm-ə müsahibəsində deyib ki, hazırda whatsapp digər mesajlaşma xidmətlərindən çox-çox öndədir:

“Görüntülü danışıq olmaqla whatsapp skype və bənzəri mesajlaşma xidmətlərinə alternativ xidmət yaradır. Görüntülü danışıq isə onun mövqeyini daha da gücləndirəcək. Azərbaycanda nə qədər istifadə olunması müəmmalıdır, çünki whatsappın səsli mesaj, səsli danışıq funksiyası belə normal işləmədiyinə görə görüntülü danışıq funksiyasının bizə nə vəd edəcəyini demək çətindir. Xidmət istifadəyə veriləndən sonra baxıb, dəyərləndirə biləcəyik. Skype biznes görüşmələrində, xüsusilə qrup görüşmələrində əvəzsizdir. Whatsapp isə insanlar-fərdlər arasında olan danışıqdır. Sms, mesajlaşma alternativi olaraq necə ki, ilk ağıla gələn whatsapp olur, danışıqda da o olacaq”.