Paylaş

Xaç atası” filminin ulduzu Al Paçino 36 yaşlı model sevgilisi Luçila Soladan ayrılıb.

Kishi.az axşam.az-a istinadən xəbər verir ki, hələ bu ilin martında argentinalı modellə evlilik hazırlığına başlayan 75 yaşlı aktyorun addımı çoxlarını təəccübləndirib. Ehtimal olunur ki, ayrılığa səbəb cütlüyün arasındakı yaş fərqidir.

Qeyd edək ki, Al Paçino bu yaşına qədər evli olmayıb. Aktyorun nikahdankənar iki övladı var.