Paylaş

Hər il may ayında “Eurovision” mahnı musabiqəsi  keçirilir.  Bəstəkar Aygün Səmədzadə Azərbaycanı təmsil edən ifalar haqqında fikirlərini  Kişi.az-la bölüşüb:

“Maraqlı səslərimiz, ifaçılarımız çoxdur. Amma həmin müsabiqələrdə xarici mahnılarla təmsil olunmaq lazım deyil. Azərbaycanı göstərən təkcə səs deyil, onun musiqisidir. Azərbaycanı dünyaya ancaq səslə tanıtmaq lazım deyil. Mənim fikrimcə əsas problem budur. İstedadlarımız minlərlədir, amma musiqini başqa cür işləmək lazımdır”.