Paylaş

Kishi.az saytı ilə “Sağlam Ailə” tibb mərkəzinin birgə layihəsi olan “Həkim məsləhəti” rubrikasında həkimlərimiz sizin səhhətinizlə bağlı suallarınızı cavablandırır.
Əgər sizin də sağlamlıqla bağlı hər hansısa probleminiz, sualınız varsa, bizə (http:// fb.com/kishikimi ünvanına) göndərin, “Sağlam Ailə” tibb mərkəzinin mütəxəssisləri cavablandırsın.

1. Oxucu sualı: Həkim, mən xüsusən də yaz-yayda nə qədər su, çay içsəm də, susuzluğum keçmir. Su içmək istəyirəm, amma bir yandan da hiss edirəm ki, mədəm ağırlaşır. Deyirlər ki, bu şəkərli diebetin əlamətləri ola bilər. Amma müayinə olunmuşam, şəkərli diabetin əlamətləri aşkarlanmayıb. Bəs bu başqa hansısa xəstəliyin göstəricisi ola bilər?

1. Həkim cavabı: Susuzluq su-elektrolit balansın pozulması zamanı yaranır. İntoksikasiya halları, sistit, böyrəklərin disfunksiyası, diabet, qalxanvariətraf vəzinin disfunksiyası və digər endokrin xəstəliklər, bəzi dərman preparatları qəbulu zamanı və s. səbəblərlə yarana bilər. İlk öncə həkim-terapevtin müayinəsi məsləhət görülür.
Ehtiyac olsa QÜA, SÜA, EKQ, USM kimi müayinələrdən keçməniz məsləhət görülə bilər.

2. Oxucu sualı: Həkim mənim ayağımda çox tez-tez olmasa da, ayda ən azı bir dəfə qıcolma tutur. Bəzən hətta bu məni çox çətin vəziyyətdə qoyur. Bir dəfə ayağım dənizdə üzərkən qıc oldu. Çox çətinliklə sudan çıxa bildim. Bu hansı sa ciddi xəstəliyin işarəsi ola bilər?

2. Həkim cavabı: Ayağın baldır əzələlərini tutan qıcolmalar tibbi dildə “krampi” adlanır. Bu cür simptomun meydana çıxmasında Ca, K mübadiləsinin pozulması, qalxanabənzər vəzinin funksiyasının aşağı düşməsi, dəmir defisitli anemiyalar və s. rol oynayır. Bəzi nevroloji xəstəliklərdə də müşahidə oluna bilər. Bu baxımdan mütləq həkim-nevropatoloq müayinəsi məsləhətlidir. Həkim-endokrinoloq baxışınada ehtiyac ola bilər.

3. Oxucu sualı: Salam həkim, artıq 4-5 aydı ki, ağzımda səbəbsiz acılıq olur. Nə qədər şirin yemək, desert yesəm də, yenə də bu acı, turş dad ağzımdan getmir. BUnun səbəbi nədir? Və qarşısını almaq üçün nə edim?

3. Həkim cavabı: Ağızda acılıq hissinin yaranmasına bir neçə amil səbəb ola bilər:
• öd kisəsinin funksiya pozğunluğu
• mədə-bağırsaq sisteminin xəstəlikləri (qastrit, bağırsaq motorikasının pozulması)
• stomatoloji problemlər
• disbakterioz
• bəzi qara ciyər patalogiyası
• disgevziya (dad disfunksiyası) və s.
Dəqiq səbəbini araşdırmaq üçün həkim-terapevt in fərdi baxışı məsləhətlidir.

4. Oxucu sualı: Mən ofis işində çalışıram. Günün əksər hissəsini kompyuter arxasında keçirirəm. Axır bir ildə yaddaşımda zəiflik hiss edirəm. 2-3 ay əvvəl etdiyim hərəkətləri, dediyim sözləri demək olar ki xatırlaya bilmirəm. Çox adam bunun kompyuter, zərərli şüalarla əlaqəli olduğunu deyir. Bəs siz necə fikirləşirsiniz? Bunun başqa səbəbi nə ola bilər?

4. Həkim cavabı: Yaddaş pozğunluğu ciddi sinir sisteminin xəstəliklərindən tutmuş, xroniki yorğunluq, stress, yuxusuzluq və diqqətsizliyin səbəbi kimi üzə çıxa bilər. Bəzi hallarda pis vərdişlər, məlumat gərginliyi, vitamin, mikroelement, oksigen çatışmazlığı və s. yaddaşın pozulmasına gətirə bilər. Qeyd etmək istərdim ki , bu simptom orqanizmin qoruyucu reaksiyasıda hesab oluna bilər.
Narahatçılığı aradan qaldırmaq üçün həkim-nevropatoloq müayinəsi məsləhətlidir. Yaddaşınız üzün çozlu mütaliə və krossvord həlli yardım edə bilər.

5. Oxucu sualı: Həkim mənim saçlarım çox zəifdir. Tez-tez saçqıranları təmizlətsəm, müxtəlif maskalar etsəm də yenə də saçım uzanmır. Bunun üçün sizin məsləhət gördüyünüz maska, dərman, şampun varmı?

5. Həkim cavabı: Saçqıranların yaranması saçların mexaniki zədələnməsi, saçların uzunluğu, vitamin və mikroelement çatışmazlığı, düzgün qidalanmama, irsiyyət və s. kimi səbəblərdən əmələ gələ bilər. Saç kəsimi, düzgün qidalanma, təbii yağların qəbulu, kifayətli miqdarda su qəbulu və s. kimi köməkçi vasitə məsləhətlidir. Lakin, ilk öncə saçlarınızı ətraf mühitin zədəliyici amillərindən qoruyun. Ehtiyac olsa həkim-trixoloqa müraciyyət edə bilərsiniz.

Qeyd: Əgər siz suallarınızın cavabını birbaşa olaraq “Sağlam ailə” tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.