Paylaş

Qarşıdan 14 fevral – “Sevgililər günü” gəlir. Diqqətli xanımlar və bəylər artıq sevgilisinə nə hədiyyə edəcəyi haqda düşünür.

Diqqətin qiyməti yoxdur, bunu unutmayın. Kiçik bir sürprizlə də sevgilinizə unudulmaz anlar bəxş edə bilərsiniz. Kiçik bir sürprizlə də ona sevginizi göstərə bilərsiniz. Kishi.az aile.lent.az-a istinadən sizə sürpriz etməyin bir neçə yolunu təqdim edir.

 

1. Sevgilinizin gün ərzində istifadə etdiyi əşyaların içərisinə və üzərinə romantik qeydlərlə bərabər kiçik şokoladlar qoyun. Əşyaları götürdükdə sizin ona ünvanladığınız sözlər və şokolad sevgilinizin əhvalını yüksəldəcək.

 

2. Romantik Sevgililər günü süfrəsi açın. Süfrəyə onun sevdiyi təamları düzün. Birlikdə yemək yedikdən sonra romantik film izləyin.

 

3. Sevgilinizin maşınının üstünə “Səni sevirəm” yazın və ürək şəkli çəkin.

 

4. Kiçik vərəqlərə onun üçün edə biləcəklərinizi yazıb bir qutuya yığın. Sevgililər günündə vərəqləri bir-bir ona seçdirin və orada yazılanları edin.

 

5. Sevgilinizi ilk dəfə görüşdüyünüz kafe, restoran və ya məkana aparın. Orada onu sevdiyinizi bir daha xatırladın.

 

6. Sevgililər günündən bir neçə gün əvvəl ətrafa kiçik ipucları yerləşdirin. Sevgililər günündə son ipucu onu hədiyyəsinə və ya sizə doğru aparsın.

 

7. Sevgilinizin iş yerinə gedin və onu nahara dəvət edin. Axşamsa onu romantik bir gecə gözlədiyini deyin. Bununla da o, bütün günü sizi düşünəcək.

 

8. Səhər ondan tez oyanın və hamamda güzgüyə dodaq boyası ilə onu sevdiyinizi yazın.

 

9. Fevral ayı boyu hər gün ona bir gül verin. Ən son və fərqli gül dəstəsini isə fevralın 14-də hədiyyə edin.