Paylaş

Avstraliyalı yanğınsöndürənlər xeyriyyə məqsədilə buraxılan təqvim üçün soyunaraq fotolar çəkdiriblər.

Mütamadi olaraq belə aksiyalar təşkil edən “Firefighters Calendar” 1993-ci ildən buraxılır və təşkilatçılar indiyədək uşaq xəstəxanalarına yardım üçün ümumilikdə, 1.3 milyon dollar toplaya biliblər. Bu dəfəki fotosessiyada isə yanğından mühafizə xidmətinin 14 əməkdaşı iştirak edir.

“Firefighters Calendar” bəzi görüntüləri sosial şəbəkədə paylaşıb və fotolar izləyicilər tərəfindən xoş qarşılanıb.

Təqvimin yaxın zamanlarda satışa çıxarılacağı deyilir.

yangin2

yangin3

yangin4

 

yangin1