Paylaş

Norveçin Trondhaym şəhər bələdiyyəsi ictimaiyyətə açıq ərazilərdə bikini və alt paltarı reklamları ilə bağlı qərar verib.

Həmin reklamlarda yarıçılpaq kişi və qadın modellərin nümayiş olunmasına qadağa qoyub. Qadağanın səbəbi kimi modellərin bədən ölçülərinin gənclərə psixoloji təzyiq etdiyi göstərilib.

Xatırladaq ki, keçən il Londonda arıqlama məhsulları ilə bağlı bir reklamda bikinili qadın şəkli etiraza səbəb olmuş və onun yığışdırılması üçün imza toplanmışdı.

Axşam.az