Paylaş

Banan çayı sinirləri sakitləşdirib yuxu gətirir.

Banan çayı hazırlanamq üçün əvvəlcə suyu qazanda qaynadırıq. Sonra bananın uclarını kəsib qabıqları ilə birlikdə qazana əlavə edirik. 10 dəqiqə dəmlənməsini gözləyirik. Dəm aldıqdan sonra bir fincana ehtiyatla süzürük. Banan suyuna zövqə görə, bir çimdik darçın tökmək olar.

Banan xüsusilə də qabıqları maqnezium və kalium baxımından çox zəngin meyvədir. Maqnezium yuxusuzluğun müalicəsində çox təsirli maddədir. Maqnezium kaliumla birləşəndə isə əzələlərin rahatlaşmasını təmin edir. Beləliklə də yuxu problemini aradan qaldırır.

Bananın isə qabığını soyub üstünə darçın əlavə edib yüngül desert kimi yeyə bilərsiniz.

Saglamolun.az