Paylaş

Qazaxıstanlı gənc yerdən 800 metr yüksəklikdə sevgilisinə evlilik təklifi edib. Qazaxıstanın Pavlodar şəhərində paraşüt mövsümünün açılışı mərasimində 400 adam iştirak edib. Həyatında ilk dəfə paraşütdən tullananlar arasında gənc cütlüklər də var idi.
Qız paraşütdən tullanmaq istədiyi zaman o təyyarənin qapısına yaxınlaşıb. Həmin anda sevgilisi onun qarşısında diz çökərək bir dəstə gülü və üzüyü ona uzadıb. Gənc qızın bu sürprizdən xəbəri yox idi. Buna görə də o bilmirdi ki, tullanacağı üçün həyəcan keçirtsin, yoxsa bu evlilik təklifinə cavab versin. Sevgilisi oğlanın təklifinə müsbət cavab verib. Daha sonra oğlan birinci qapıya yaxınlaşıb, qızı da özü ilə aparıb və onlar birlikdə uğurlu tullanışlarını həyata keçiriblər.