“YouTube” sosial şəbəkə istifadəyə verib

Paylaş

“YouTube” videohostinqi “YouTube Community” sosial şəbəkəsini istifadəyə verib. Hazırda xidmət beta sınaq mərhələsindədir və ondan yalnız məhdud sayda bloger yararlana bilər.

Yeni sosial şəbəkə videoçarx müəlliflərinə videoları təkcə öz kanallarında yerləşdirməyə deyil, həm də abunəçilərlə digər kontenti paylaşmağa imkan verəcək. Məsələn, “Community” bölməsində blogerlər fotoşəkil, mətn, “GIF” təsvirlər və s. çap edə biləcəklər. Bu məlumatların hamısı kanal abunəçilərinin lentində avtomatik göstəriləcək.

Videohostinq nümayəndələrinin sözlərinə görə, onlar istifadəçilərin reaksiyasını diqqətlə izləyəcəklər. Gələcəkdə şirkət sosial şəbəkənin imkanlarını genişləndirərək bir sıra yeni funksiyalar əlavə etməyi planlaşdırır.

“YouTube Community”in əsas vəzifəsi video müəlliflərinə kanallarına yeni kontent vasitəsilə auditoriyanı cəlb etmək və onu saxlamaqla yanaşı, istifadəçilərlə ünsiyyət qurmağa kömək etməkdir.