Paylaş

Araşdırmalar zamanı bəzi qidaların yuxudan əvvəl insanı rahatlatdığı ortaya çıxıb.

Yuxu probleminiz varsa, bu qidaları yemənizi məsləhət görürük. Kishi.az Aile.lent.az-a istinadən həmin qidaları təqdim edir.

Badam. Maqnezium baxımından zəngin bir qidadır. Maqnezium insanların yaxşı yuxu yatmasına kömək edir. Maqnezium əskikliyi olanlar yuxuya getməkdə çətinlik çəkirlər.

Bal. Balda olan təbii şəkər insulini yüksəldir və dərin yuxu üçün beyinə siqnal göndərir. Balı yatmadan əvvəl çobanyastığı çayına qarışdıraraq için.

Qoz. Triptofan baxımından zəngindir. Triptofan bədən saatını təyin edən seratonin və melatonin hormonlarını artırır. Hormonların düzgün çalışması da yuxusuzluq problemini aradan qaldırır.

Kahı. Kahının sakitləşdirici faydası var. Buna görə axşam yeməklərində kahı olan salat yemək rahat yatmanıza yardım edəcək.

Çobanyastığı çayı. Bitki çayları arasında yuxuya faydalı olan yeganə çaydır. Sinirləri və əzələləri rahatlatdığı üçün sakitləşdiricidir.

Pendir və süd. Kalsium yuxuya lazımlı olan melatonin hormonunun çalışmasına yardım edir. Buna görə yatmadan əvvəl kalsiumla zəngin yeməkləri yemək yuxusuzluq üçün yaxşı çarədir.

Ton balığı. B6 vitamini il zəngin qidalar sırasında yer alır. B6 vitamini bədənin seratonin və melatonin hormonlarının ifrazını artırır.

Çiy sarımsaq və fıstıq da B6 vitamini yüksək qidaların başında gəlir. Axşam yeməklərində bu qidaları yeməniz yuxunuza yardım edəcək.

Vişnə suyu. Araşdırmalara görə, yatmadan əvvəl bir stəkan vişnə suyu içmək yuxuya dalmağı sürətləndirir. Gilas da təbii olaraq melatonin səviyyəsini yüksəldir.

Duzlu kraker. Axşamlar qlisemik indeksi yüksək olan yeməklər yesəniz, gecənin bir vaxtı yataqdan qalxa bilərsiniz. Bunun üçün insulin balansını normal səviyyədə saxlayan qidalar yeyin. Bunlardan biri də duzlu krakerdir. Səhərə qədər nə acacaqsınız, nə də yuxunuz yarım bölünəcək.