Paylaş

Sağlam bir yuxu gününüzün əlverişli keçməsinin əsas şərtlərindən biridir. Lakin hər insanın zaman zaman yuxu problem yaşadığı dövrlər olur. Pis yuxunun müxtəlif səbəbləri ola bilər. Bunların başında yuxu rejiminin pozulması, gün ərzində mürgüləmək, gecə tərkibində kofein olan içkilərin qəbulu, müəyyən narahatçılıqlar və digər səbəblər gəlməkdədir.

Bəs yuxunu necə tənzimləyə bilərik :

  1. Yuxu rejimi yaradın- yuxunuz gəldiyi zaman yatağa girməyə tələsin. Daha əvvəlki gece az yatmağınıza baxmayaraq gün içində yatmayın. Yerinizə girərkən telefonla oynamayın. Bu da yuxunu qaçıran səbəblərdəndir.
  2. Yuxu zamanından əvvəl edilən bəzi hərəkətlər bədəndən hormonların ifraz olunmasına səbəb olur, bu da yuxuya getməyə kömək edir. Yuxudan əvvəl çox qida və maye qəbul etmək yuxu keyfiyyətini aşağı salır. Yatmamışdan ən azı 6 saat əvvəl kofeinli içkilərdən uzaq durum.
  3. Yatmağa hazırlaşın. Yuxuya getməzdən əvvəl duş qəbul edin, musiqiyə qulaq asmaq kimi fəaliyyətlərlə də məşğul ola bilərsiz. Evin qapısını bağlamaq, dişinizi fırçalamaq, gecə paltarlarını geyinmək kimi işlər də beyninizi yuxuya hazır hala gətirəcəkdir.
  4. Sizi narahat edən fikirlərdən uzaqlaşın. Yatmazdan yarım saat əvvəl sizi narahat edən şeylərin siyahısıını tutun. Bu, problemləri həll etməsə də, müəyyən müddət onlardan uzaqlaşmağınıza kömək edəcəkdir.
  5. Yuxuya getmək üçün özünüzə etibarlı yer yaradın. Gözlərinizi bağlayıb, özünüzü xoşbəxt hiss edəcəyiniz yer xəyal edin. Rənglər və qoxulara fikrinizi cəmləməyə çalışın. Belə bir yer olmasa belə xəyal gücünüz sizə kömək olacaqdır. Nəfəsinizi tənzimləmək də bu mövzuda sizə kömək edəcək yollardan biridir.