“Zərər verən həşəratın növü həkimə bildirilməlidir”

Paylaş

“Həşəratların  çox yayıldığı ərazilərdə xəstəxanaların antitoksinlərlə təmin edilməsinə xüsusi diqqət yetirilməlidir”.

Bunu  tibbi ekspert Adil Qeybulla deyib. O bildirib ki, sancmalar  zamanı sürünənlər və həşəratlar insan bədəninə toksiki maddələr yeridir:

“Sancmadan dərhal sonra toksinin dərəcəsindən asılı olaraq toxuma ətrafında  şişkinlik yaranır və şiddətli ağrı hiss olunur. Toksinin toksiklik dərəcəsi yüksək olduqca onlar toxumalara dağıdıcı təsir göstərir. Belə hallarda xəstələr həyəcanlanmamalıdır. Xəstə dərhal sakit bir yerdə otuzdurulmalı və ya uzandırılmalıdır. Çünki hər bir hərəkət qan dövranını stimullaşdırır və toksiki maddənin bədəndə dövr etməsini artırır.

Əgər sancma aşağı hissələrdə baş verərsə yuxarı nahiyələr hər hansı bir vasitə ilə sıxılmalıdır ki, qan dövranının yuxarı istiqaməti məhdudlaşdırılsın. Yara yeri antiseptik məhsullarla yuyulmalı və dərhal yaxınlıqda yerləşən tibb məntəqələrinə müraciət edilməlidir. Zərər verən həşəratın və ya sürünənin növü həkimə bildirilməlidir. Çünki onlara qarşı antitoksinlər mövcuddur və onlar bədənə vaxtında vurulduqda xəstənin həyatını xilas etmək mümkündür”.

GSR.fm