Paylaş
PARIS, FRANCE - MARCH 26: Former French international, Zinedine Zidane walks on the field prior to the International Friendly match between France and Brazil at the Stade de France on March 26, 2015 in Paris, France. (Photo by Dean Mouhtaropoulos/Getty Images)

“Müdafiədə yaxşı oynadıq. Ən önəmlisi bütün komanda olaraq iş gördük. Azarkeşlərimiz qarşılaşma ərzində bizə dəstək oldular. Finala yüksəlməyə layiq idik. Yarımfinal oyunları həmişə çətin olur. Ancaq bizim üçün ən vacibi final görüşüdür”.

Bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının yarımfinalında “Mançester Siti”yə 1:0 hesabı ilə qalib gələrək finala yüksəldikləri cavab qarşılaşmasından sonra deyib.

O, “Atletiko” ilə matç haqda da danışıb:

“Maraqlı oyun olacaq. Finalda şanslar bərabərdir. Qarşılaşmanın favoriti yoxdur. Çətin matç keçəcək. Ancaq indi istirahət etməli və İspaniya çempionatındakı oyunlar haqda düşünməliyik”.

Qol.az