Paylaş

Bakıda fərdi evlərin tikintisi sürətlə gedir. Tikilən evlər bəzən texniki tikinti qaydalarına cavab vermədiyinə görə, sonradan bir sıra problemlərlə üzləşirik. Bu problemlərdən biri də evin zirzəmisinə suyun yığılması, divarların nəm çəkməsi və evlərə pis qoxuların yayılmasıdır. Xəzər dənizi sahilində yerləşən rayonlarda o cümlədən qrunt sularının çox olduğu bölgələrdə bu problemlə demək olar ki, hər gün qarşılaşırıq.

Mövsümdən asılı olaraq qrunt suları bol yağıntılı aylarda daha da yüksəyə qalxır. Bu zaman isə zirzəmilərdə suyun yığılması müşahidə olunur. Bu da diskomfort şəraitin yaranmasına səbəb olur. Problem təkcə pis qoxuyla yekunlaşmır. Həm də divarlarda kifin yaranması, təmir olunmuş səthin aşınması, ən əsası isə gələcəkdə tənəffüs yollarında bir sıra xəstəliklərin yaranması ilə nəticələnir. Bu, həm əlavə təmir xərclərinə, həm da bizim üçün dəyəri pul ilə ölçülməyən sağlamlığımızın itirilməsinə səbəb ola bilər.

Problemi necə həll edək?

Elm və tikinti texnologiyasının inkişafı nəticəsində bu problemin həlli üçün bir sıra vasitələr sınaqdan keçirildi, bir sıra məhsullar istehsal olundu. Zaman keçdikcə daha da təkmilləşən hidroizoliyasiya qatqıları bizi bu problemlərdən qurtulmağa kömək etdi. Bu cür məhsullardan fərdi ev tikən hər kəs istifadə edə bilər. Belə ki, hazırlanmış məhlulu fırça ilə əvvəlcədən su ilə isladılmış səthə çəkirik. Qeyd edək ki, gözlənilən nəticəni almaq üçün proses 2-3 dəfə təkrarlanır. Yəni qarışıq 2-3 qat səthə fırça ilə çəkilir. Beləliklə də, bizi narahat edən problemdən qurtulmuş oluruq.

Usta.az