Paylaş

Havalar istiləşdikcə biz də qalın, tündrəngli geyimlərdən qurtulur, daha incə və rəngarəng paltarlara üz tuturuq. Əgər Siz rəngli geyimləri, müxtəlif rəngləri uyğunlaşdırmağı sevənlərdənsinizsə, diqqətiniz bizdə olsun. Bu dəfəki məqalədə Sizə geyimimizdə müxtəlif rənglərin uyğunluğu haqqında məlumat verəcəyik.

Naxışlı köynəklər
İri və yaxud xırda naxışları olan köynəyi oxşar qalstukla uyğunlaşdırmağa çalışsanız, bu sizi çox səliqəsiz və zövqsüz göstərəcək. Bundansa naxışlı köynəklərlə üzərində xırda nöqtələri olan qalstukdan istifadə etməyiniz daha məqsədəuyğundur. Bu geyim həm sizi səliqəli göstərəcək, həm də göz yormayacaqdır.

foto 1

Xəttli qalstuk
Kişilərin geyim məsələsində tez-tez yol verdiyi səhvlərdən biri üzərində müxtəlif rəngli eninə və yaxud uzununa xəttlər olan qalstukları həmin rəngə heç cür uyğun olmayan köynəklərlə uyğunlaşdırmalarıdır.
Əgər bu gün xəttli qalstuk istifadə etmək istəyirsinizsə, onunla uyğunlaşdıra biləcəyiniz ən ideal geyim qalstukun xətləri ilə eyni rəngdə olan köynəkdir.

foto 2

Sadə qalstuk
Gündəlik geyimdə əksər kişilərin istifadə etdiyi sadə uyğunlaşdırmalardan biri də tək rəng pencəklə  birrəngli qalstuku uyğunlaşdırmaqdır. Əgər təcili görüşünüz varsa, hazırlaşmaq üçün kifayət qədər vaxtınız yoxdursa, bu zaman belə uyğunluqdan istifadə etməyiniz ideal seçim olar. Bu sizi sadə, bir o qədər də zövqlü göstərəcək.

foto 3

Rəngli köynək və pencək
Siz rəngarəng geyinməyi sevə bilərsiniz, amma unutmamalısınız ki, həddindən artıq rəngli geyimlər insanlarda heç də xoş təəsürat yaratmır, göz yorur. Bunun üçün də rəngli köynək ilə, naxışlı, rəngarəng pencəyi uyğunlaşdırmağı ağlınıza belə gətirməyin. Bunun əvəzinə, rəngli pencəyinizi sadə, tək rəng (daha yaxşı olar ki, ağ, açıq mavi rəngli) köynəklə, rəngarəng köynəyinizi isə birrəngli pencəklə uyğunlaşdırın.

foto 4

Bu qədər, əziz kişilər. Qarşı tərəfin gözündə hər zaman zövqlü görünmək istəyirsinizsə, Mütəmadi olaraq dəb yeniliklərini izləməyi unutmayın.